Sentyabrda Azərbaycanın dövlət sərhədini pozmuş 50 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilib və dövlət sərhədini pozmuş 50 nəfər saxlanılıb.
Sərhəd pozucularının 24 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri Əfqanıstan, 8 nəfəri Özbəkistan, 3 nəfəri Moldova, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Ukrayna, 1 nəfəri Gürcüstan, 1 nəfəri İspaniya vətəndaşı olub.
Sərhədboyu rejim qaydalarını pozduqlarına görə 11 halda 14 nəfər, Xəzər dənizində isə 9 halda 11 nəfər inzibati məsuliyyətə cəlb olunub.
Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən axtarışda olan 231 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 12 halda ümumilikdə 12 kiloqram 615,8 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Bütün cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşları ilə birlikdə dövlət sərhədindən keçən şəxslər üzərində keçirilən baxışlar zamanı 7 halda narkotik vasitə aşkar olunub.
Sentyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində 39 halda ümumi dəyəri 231 min manat olan qaçaqmal, o cümlədən 888 ədəd RF istehsalı olan səsyazma cihazı, 172 ədəd yanğın təhlükəsizlik cihazı, 1 ədəd planşet, 1708 ədəd ətir, 5 ədəd mobil telefon, 382 şüşə müxtəlif markalı içkilər, 1000 ədəd spirtli içkilər üçün aksiz marka, 237 ədəd qapaq, 5113 ədəd müxtəlif markalı siqaret, 200 kq bal, 8299 ədəd pirotexniki vasitə, 2 ədəd qayıq, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?
- Bu qida ən aqressiv forma xərçəng yaradır – TOP 3
- Bu vərdiş diabet riskini azaldır
- "O fotonu da mənə çox görürlər"
- Gizli danışıqlar üçün ağlasığmaz texnologiya hazırlandı
- İbrahim "Gaddar"a vida etdi
- Darçının möcüzəvi faydaları: Gündə 1 qram... - FOTO
- Axtarışlar davam etdirilir - YENİ GÖRÜNTÜLƏR
- Ürəyi dərmansız gücləndirməyin yolu
- FHN İrana yardıma hazırdır: 40 xilasedici və 2 helikopter...
- Putin əmr verdi: Təbrizə böyük qrup yola düşür
- Bu yağlar qanı laxtalandırır
- Helikopter qəzası: Axtarış aparılan əraziyə qar yağır - VİDEO
- İranda helikopterin axtarışında “Akıncı” PUA-ları iştirak edir - Türkiyə Milli Müdafiə Nazirliyi
- Rusiyadan İrana: Xilasedici göndərməyə hazırıq!
- Moskvada inzibati bina yanır: 1200 kv.m sahə…
- Mayın ikinci yarısı ilə bağlı BÜRCLƏRƏ XƏBƏRDARLIQ
- Keşiş Baqrat “çıxdığı yerə” – Kirantsa qayıdası oldu
- Helikopterin qəzaya uğradığı yerin FOTOsu
- Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM
- SEPAH baş komandanı qəza yerinə gəldi
- Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər