Xocalı soyqırımında girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 11-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, zərərçəkmiş şəxs Mehriban Bəkirova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, Xankəndiyə aparılaraq orada 10 gün girov saxlanıldığını bildirib. Həmin vaxt onun 4 azyaşlı övladı, o cümlədən bir neçə günlük körpəsi olub. Yaşyarımlıq oğlu başından qəlpə xəsarəti alıb. Girovluqda işgəncələrə məruz qalıb, ondan Xocalı aeroportunda polis qismində çalışan həyat yoldaşı Abdulla Həmzəyev barədə məlumatlar tələb edilib.
O, prokurorun sualına cavabında soyqırımından əvvəl də Xocalının mütəmadi olaraq atəşə tutulduğunu, buna görə də zirzəmiyə sığındıqlarını, körpəsini fevralın 23-də zirzəmidə dünyaya gətirdiyini söyləyib.
Zərərçəkmiş Əvəz Abbasov Kərkicahan sakini olduğunu, 1989-cu ildə ermənilərin onun və qardaşının üzərinə qumbara atdığını deyib: "Mən üçüncü sinif şagirdi idim, qardaşım Eyvaz birinci sinifdə oxuyurdu. Bizə bir qrup şəxs yaxınlaşıb dedi ki, biz azərbaycanlılardan qisas alacağıq. Mən kömək üçün adam çağırmaq istəyəndə üstümüzə qumbara atdılar. Qardaşım həlak oldu, mən isə ağır yaralandım. Şuşa, Ağdam və Bakı xəstəxanalarında müalicə olundum".
Digər qardaşının da ermənilər tərəfindən güllələndiyini deyən Ə.Abbasov onun sonradan Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: Məhkəmə başladı
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
XƏBƏR LENTİ
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı





