Kriminal

Məsciddən samovar oğurladılar - FOTO

18 Dekabr 2024 12:16
Baxış: 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda məsciddən oğurluq edən keçmiş məhkum saxlanılıb.

Milli.Az -ya istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Türkelli kəndində yerləşən məsciddən 1000 manat dəyərində mis samovarı oğurlayan əvvəllər eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Əmirxan Hüseynov saxlanılıb. Araşdırmalarla Ə.Hüseynovun Cəlilabad şəhəri ərazisində yerləşən evlərdən birindən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.