Kriminal

Ailə faciəsi: Arvadını, 4 uşağını öldürdü, özü də... - VİDEO

12 Oktyabr 2024 16:49
Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə ailə faciəsi baş verib. Kişi bütün ailə üzvlərini öldürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə Qaziantep şəhərinin Şahinbey rayonunda qeydə alınıb.

İddiaya görə, məhəllədə bərbər işləyən Əhməd Dəmir 30 yaşlı həyat yoldaşı Əminə Dəmiri, 5 yaşlı qızı Azranı, 4 yaşlı oğlu Yusuf Eymeni, 11 yaşlı qızı Mədinəni və 6 yaşlı qızı Edanur Dəmiri silahla öldürüb. 

Məlumata görə, kişi daha sonra eyni silahla həyatını sonlandırıb.

Hadisə yerinə çox sayda polis və tibbi qruplar cəlb edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.