Kriminal

Şantajda ittiham olunan sayt rəhbəri həbs edildi

9 Oktyabr 2024 19:44
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qerar.az" saytının baş redaktoru həbs olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumatlar əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb.

Sayt rəhbəri Kamal Qurbanov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar dərc edəcəyi ilə hədələyərək müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, K.Qurbanov cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.