Kriminal

Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü

1 May 2024 13:45
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda məhkum həbsdə ölüb. 

Milli.Az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum İmran Ələkbər oğlu Quliyev dünyasını dəyişib.  

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, İmran Quliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən 2011-ci ildə keçirilən əməliyyat nəticəsində həbs edilib.

Azərbaycanda narkobaron kimi tanınan İ.Quliyev transmilli mütəşəkkil cinayətkar dəstənin tərkibində ölkəyə külli miqdarda narkotik gətirib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.