Kriminal

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

30 Aprel 2024 15:47
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıb. Prokuror seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən uzadılmasını xahiş edib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. Qərara əsasən, T.İbrahimov və T.Rzayevin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, uzun müddət ATV telekanalının prezidenti olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.