Kriminal

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı

27 Aprel 2024 16:18
Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Metronun "Koroğlu" stansiyasının yaxınlığında yol polisinə tabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxt ərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən 2 kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin, marixuana və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi götürülüb.

Qeyd edilib ki, T.Əliyev ötən gün Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. T.Əliyev bu səbəbdən yol polisi ona "saxla" işarəsi verən zaman qaçmağa cəhd göstərib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.