400 manat qazanmışdı, 2 min cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Teleqram sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul olan Sabirabad sakini, 2000-ci il təvəllüdlü A.Məlikov (şərti) barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, o, teleqramda bir neçə kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifələrin 30-35 min nəfər izləyicisi olub və A.Məlikov reklam paylaşımları edib.
Məhkəmədə A.Məlikov kanalları pul qazanmaq üçün yaratdığını etiraf edib. O, ümumilikdə 400 manat qazandığını deyib.
Onun ilk dəfə cinayət törətməsi, yaşadığı yerdə müsbət xarakterizə edilməsi və digər hallar nəzər alınaraq A.Məlikova həbslə əlaqəli olmayan cəza verilib. Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 2 min manat pul cəriməsi cəzası verilib. Bununla yanaşı məhkəmənin hökmü ilə A.Məlikov 2 il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, daha əvvəl də teleqramda pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu it hər gün özü qabını gətirir ki, SU VERSİNLƏR - VİDEO
-
68 yaşlı Hollivud ulduzu bikinidə FOTO paylaşdı
-
Ərinin xəyanətini tutdu, reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Bahalı istirahət mərkəzlərinə alternativ, ucuz yerlər - ŞƏHƏRLƏR
-
Bu meyvə şirəsi ürəyin DƏRMANIDIR
-
Şəbnəmin arxiv VİDEOsu yayıldı
-
Reyhanın çürüməsinin qarşısını alan sadə üsul: Həftələrlə təravətli qalır
-
Sulanmayan qatığın sirri bu qədər sadə imiş
-
Günün qoroskopu: Kainat sizi aldatmır
-
Bacısının dəfnində halı pisləşdi, xəstəxanaya yerləşdirildi
-
Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir - FOTO
-
Raketə bənzəyən göydələn qitənin ən hündür binası oldu
-
İranın Hörmüz üçün 12 maddəlik planı
-
“Qalatasaray” böyük hesabla məğlub olub
-
"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi danışdı
-
Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Cəmi 16 nəfərin yaşadığı bu kəndə turistlər axın edir
-
Generala yeni elmi ad verildi
-
Burak Özçivit bu serialda rol alacaq - FOTO
-
Yalnız bir fiziki aktivliklə 89 kilo verən şəxsin dəyişimi - FOTO
-
Sevgi dolu 4 bürc
-
Evdə makaron üçün qaymaq necə hazırlanır?
-
"Türk seriallarına həsəd aparıram"
-
Şəkidə ağır qəza - xəsarət alanlar var





