Kriminal

Pərvanənin qətlinin TƏFƏRRÜATI - "Əlində böyük bir bıçaq var idi"

28 Oktyabr 2023 09:26
Baxış: 1 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Keçmiş əri tərəfindən öldürülən 36 yaşlı Pərvanə Məhərrəmovanın qətlinin yeni detalları məlum olub.

Milli.Az xəbər verir ki, qətli törədən 41 yaşlı Zamin Tanrıverdiyev tanışı olan və hadisə günü onu yolda görən Ülvi Orucov Baku TV-yə açıqlama verib.

"Mağazadan gələndə yolda qarşılaşdıq. Əlində böyük bir bıçaq var idi. Ondan soruşdum ki, "nə baş verib?", o, cavab verdi ki, "yoldaşımı öldürmüşəm". Onlar üç il bundan öncə boşanıblar. Daha sonra Pərvanənin guya əxlaqsız olduğu ilə bağlı söz-söhbətlər dolaşırdı", - deyə Ü.Oruvoc bildirib.

Qeyd edək ki, Zamin Tanrıverdiyev bir neçə il əvvəl Pərvanə Məhərrəmovanın atasını da bıçaqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.