Kriminal

Prokuror “12-ci imam”a 13 il həbs cəzası istədi

4 Oktyabr 2023 15:36
Baxış: 2 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özünü "12-ci imam" kimi təqdim edərək 2.5 milyon manatlıq dələduzlıuq edən Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəıməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror A.Babayevin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.  

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Xatırladaq ki, "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.