Kriminal

İki uşağı olan 25 yaşlı qadın öldürüldü - Əri könüllü təslim oldu - VİDEO

25 Avqust 2023 09:28
Baxış: 2 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeronda qətl hadisəsi törədilib.

İki uşaq anası, 25 yaşlı Səkinəxanım İsakova öldürülüb.

Araşdırma zamanı 30 yaşlı Elnur Musayevin aralarında yaranmış mübahisə zamanı həyat yoldaşına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qonşular iddia edirlər ki, gənc ailə həmin ünvanda kirayədə qalırmış. Ailənin iki azyaşlı övladı olub.

Qətldən sonra Elnur Musayev könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Milli.Az Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.