Rəşad Dağlı: “İskəndər dedi ki, 6 min manat ver, söhbət heç yerdə yayılmasın”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində tanınan Xankişi Cəfərquliyevin hərbi xidmətdə olduğu bildirilib.
Məhkəmədə onun istintaq ifadəsi elan edilib.
Şahid ifadəsində deyib ki, Rəşad Dağlı hadisə günü onun çalışdığı mağazaya gələrək 100 manat pul verərək 1 bıçaq və 2 qutu siqaret alıb: "Bıçağın qiyməti 45 manat idi. Ona pulun qalığını təqdim edəndən sonra dərhal mağazanı tərk etdi. Mağazada tək olduğuma görə Rəşadın arxasınca baxmadım. Sadəcə onu gördüm ki, Rəşad qara rəngli "Niva" markalı avtomobilə minərək uzaqlaşdı".
Daha sonra prosesdə təqsirləndirilən Rəşad Dağlı sərbəst ifadə verib. Meyxanaçı bildirib ki, hadisədən əvvəl mərhum İskəndər Mehdiyev onun qardaşına zəng edərək vacib sözünün olduğunu söyləyib: "Həmin gündən 3 gün sonra özüm İskəndərlə əlaqə saxladım. Mənə vəziyyəti danışdı və bildirdim ki, barəmdə böhtan xarakterli ittihamları yayan şəxslə görüşdürsün. Altı gün telefonumu söndürdüm. Telefonu yandıranda İskəndərdən mənə çoxsaylı mesajların gəldiyini gördüm. Zəng edəndə söylədi ki, həmin adamın problemi olduğu üçün ona 6 min manat pul lazımdı. 3 min manatı özü həll edib, qalan 3 min manatı isə ona vermək lazımdır ki, bu söhbəti heç yerdə yaymasın. İskəndər bildirdi ki, əli dolu gəlim, guya onunla görüşdürəcək. Əli dolu deyəndə bıçaq və pul götürməyimi nəzərdə tuturdu".
"Həmin gün İskəndərlə görüşdüm. Anladım ki, onun məni həmin adamla görüşdürmək fikri yoxdur. Bıçağı maşında əyləc tərəfə qoymuşdum. Aramızda qısa söz mübahisəsi oldu, sonra məsələ böyüdü. İskəndər bıçağı götürüb mənə vurmaq istədi. Tez özümü müdafiə etdim və onu vurdum. Amma hadisənin şokunda olduğum üçün İskəndərə neçə bıçaq zərbəsi endirdiyim yadımda deyil. Meyiti isə yolun kənarında yerə atdım. Hadisənin başvermə səbəbindən peşmanam", - Rəşad Dağlı dindirilərkən vurğulayıb.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi





