Kriminal

Bankomatlarda yaşlıları soyanlar saxlanılıblar - VİDEO - FOTO

14 Mart 2023 16:32
Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində ahıl yaşlı şəxsləri izləyərək onlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Sadiq Şavaqatov və Zahid Kazımov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu şəxslər bankomatlarda təqaüdlərini nağdlaşdıran zərərçəkənlərin pullarını ələ keçiriblər.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - Bayandur Umudov da tutulub. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə marixuana aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.