Kriminal

Evdən qızıl oğurlayanlar tutuldu - VİDEO

13 Mart 2023 15:34
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı şəhərində yerləşən evlərin birindən oğurluq edilib. Gecə saatlarında mənzilə daxil olan naməlum şəxs oradan oradan qızıl-zinət əşyalarını və nağd pulu oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər də məhkum olunmuş Elşən İsayev tərəfindən törədildiyi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və ifadəsində əməlini etiraf edib. Oğurladıqları qızılların bir hissəsi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.