Ailəsindən Ayşə üçün ayrılmışdı, onun da qatili oldu...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən ilin 3 sentyabr tarixində paytaxtın Nizami rayonunda ikinci həyat yoldaşı, 27 yaşlı Ayşə Bayramovanı qətlə yetirən Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun məhkəməsi başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, V.Bayramov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) və 228.4 (Qanunsuz silah saxlama) maddələri ilə ittiham edilib.
Məhkəmədə məlum olub ki, "Kirvə Vüsal" adı ilə tanınan Vüsal 2010-cu ildə Masallıda ailə həyatı qurub və iki övladı dünyaya gəlib. O, 2017-ci ildə Bakıda təsadüfən Ayşəyə məxsus paltar mağazasında olarkən onunla tanış olub və aralarında münasibət yaranıb. Vüsalın həyat yoldaşı ərinin Bakıda başqa qadınla qeyri-rəsmi ər-arvad münasibətində olmasını biləndən sonra ondan Ayşə ilə münasibətə son qoymasını tələb edib. Lakin Vüsal Bayramov Ayşədən ayrılmayacağını deyib və xanımı ondan boşanmaq qərarına gəlib və onların izdivacı 2019-cu ildə rəsmən bitib.
Bundan sonra Vüsal Bakıda sevgilisinə yeni tikilmiş çoxmərtəbəli binalardan birində ev alıb və təmir etdirib. Həmçinin Vüsal 2021-ci ildə Ayşə ilə rəsmi nikaha daxil olub və onların oğlu dünyaya gəlib. Bununla yanaşı ərinin maddi vəziyyəti yaxşı olduğundan Ayşə mağazasını bağlayıb.
Lakin bundan sonra Vüsalın maddi vəziyyəti pisləşməyə başlayıb. O, qısa vaxtda yeni aldığı evi satmalı olub, özü ata-anası ilə, valideynlərini erkən yaşda itirən Ayşə isə nənəsinin yanında yaşamağa başlayıb. Bundan sonra isə cütlüyün arasında ciddi problemlər yaranıb. Ayşənin nənəsi də tez-tez ondan Vüsala şikayətlər edib. Bu, onların münasibətlərini daha da kəskinləşdirib. Nəhayət, sentyabrın 3-də Vüsal soyuq silah hesab edilən bıçaqla Ayşənin nənəsinin evinə gedərək onu gözləyib. Gecə saat 23 radələrində o, Nizami rayonu, Şərifli küçəsində həyat yoldaşına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Bayramova 9 il 3 ay müddətinə həbs cəzası verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
XƏBƏR LENTİ
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb





