Kriminal

Bakıda iki qardaş taksi sürücüsünü döyüb avtomobili yararsız hala saldı

15 Fevral 2023 11:17
Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki qardaş taksi sürücüsünü döyərək avtomobilini yararsız vəziyyətə salıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.

İki nəfər naməlum şəxs "Toyota" markalı avtomobilə sərnişin qismində əyləşdikdən sonra sürücünü döyüb mobil telefonunu alıb. Daha sonra onlar avtomobilə müxtəlif zərbələr endirməklə maşını yararsız vəziyyətə salıb.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar Bəxtiyarlı saxlanılıblar.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.