Kriminal

Arvadının öldürdüyü kişi “Azərişığ”ın əməkdaşı olub

30 İyul 2022 17:48
1 Şərh     Baxış: 1 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Bərdə rayonunun Şorəlli kəndində həyat yoldaşı trəfindən qətlə yetirilən Nurlan Çərkəzli məmur olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, çoxsaylı bıçaq zərbələri ilə öldürülən 28 yaşlı şəxs "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsində çalışırmış.

Bilirilir ki, Ağdam rayonunun Sıxravənd kəndindən məcburi köçkün olan Nurlan və ailəsi 2 il əvvəl Bərdənin Şorəlli kəndinə köçərək yaşamağa başlayıb. Onun həyat yoldaşı Aysu Çərkəzli ilə izdivacdan 3 övladı dünyaya gəlib.

Qonşular ailənin çox sakit həyat sürdüyünü, indiyədək hər hansı münaqişələrini görmədiklərini deyiblər.

İlkin məlumata görə, ilk olaraq N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.

Prokurorluqdan bildirilib ki, zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.