Ölkə

Bakıda tanınmış musiqiçi ilə cinsi əlaqəyə girən azyaşlı qız ŞOK FAKTLARI AÇIQLADI

24 Noyabr 2021 13:55
6 Şərh     Baxış: 30 395

Bakıda yetkinlik yaşına çatmayan qızla daimi görüşərək cinsi əlaqəyə girən Yevlax rayon sakini, 2002-ci il təvəllüdlü İlkin Qədirov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü Suada İsmayılovanın (şərti adlı) İlkindən əvvəl və sonra da müxtəlif şəxslərlə cinsi əlaqəyə girməsi, həmin şəxslərlə müxtəlif ünvanlarda görüşməsi məlum olub. Ona qarşı hər hansı zorakılığın olmadığını bildirən azyaşlı qız qanuni nümayəndəsinin iştirakı ilə baş vermiş hadisələrlə bağlı bunları deyib:

"İlkini 2018-ci il tarixdən tanıyıram, onunla Nərimanov rayonu ərazisində gəzintidə olarkən tanış olmuşam, mənim 2005-ci il təvəllüdlü olduğumu bilirdi. Həm sosial şəbəkə, həm də, mobil telefonla əlaqə saxlayırdıq. İlk əvvəl İlkinlə dost kimi münasibət saxlasam da, sonradan bir-birimizi sevməyə başladıq. Onunla 2 ilə yaxın müddət ərzində əlaqə saxlasam da, həmin müddət ərzində aramızda heç nə olmayıb. Əvvəllər İlkinlə danışan zaman o, mənimlə cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olmasını bir neçə dəfə bildirib bunu təklif etsə də, həmişə onun təklifini rədd etmişəm. 27 iyul 2020-ci il tarixdə də mənə kiminsə evində görüşməyi təklif edəndə ilk öncə onun təklifini rədd etdim. Lakin israr etdiyindən onun təklifini qəbul etdim və 1 gün sonra onun tapdığı evdə onunla görüşməyə razılıq verdim. 28 iyulda Nərimanov rayonu, A.Qərib küçəsində yerləşən İlkinin dostu Faiqin kirayə yaşadığı evə getdik və qeyri-təbii yolla cinsi əlaqədə olduq. 06 yanvar 2021-ci il tarixədək dəfələrlə İlkinlə görüşərək cinsi əlaqədə oldum. Bundan başqa İlkinin xahişi ilə tanış olduğumuz müddətdə köməklik etmək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul vermişəm".

Məhkəmədə ifadə verən 2005-ci il təvəllüdlü qız İlkindən əvvəl bir musiqiçi ilə cinsi əlaqəyə girdiyini əlavə edib: "2019-cu ilin yay aylarında anam, xalam və xalam qızı ilə birlikdə Pirşağıda yerləşən "Həyat" İstirahət Mərkəzinə istirahətə gedərək orada qalmağa 3 günlük yer götürmüşdük. Orada E.S adlı musiqiçi (tanınmış musiqiçi olduğundan adını qeyd etmirik) istirahət mərkəzində müştəriləri əyləndirmək üçün skripka ifa edirdi. Orada onunla tanış oldum və bir-birimizə telefon nömrəmizi verrək "Whatshapp" proqramı vasitəsilə əlaqə saxlamağa başladıq. E.S mənim 2005-ci il təvəllüdlü olduğumu bilirdi. Onun təklifi ilə "Sahil" metrosunun yaxınlığında dərs dediyi yerdə və studiyasında bir neçə dəfə görüşdük. Lakin dəfələrlə təklif etsə də, onunla cinsi əlaqədə olmadım. 2020-ci ilin mart ayının sonlarında danışan zaman E.S mənimlə görüşməsini təklif edəndə, onun təklifini qəbul etdim və "20 yanvar" metrostansiyasının yaxınlığında onunla görüşdük və yaxınlıqdakı binada yerləşən evə getdik və orada cinsi əlaqədə olduq. Bundan sonra onunla görüşmədim, həmçinin o məndən dəfələrlə pul istədiyinə görə onun nömrəsini qara siyahıya salıb uzaqlaşdım".

Yetkinlik yaşına çatmayan qız daha sonra bildirib ki, bu il 14 fevral tarixində Nərimanov rayonu ərazisində yerləşən restoranda Tural Hüseynov adlı şəxslə tanış olub. Həmin vaxt onunla birlikdə olan qonşusu Vəfa isə Turalla birgə olan Samir Hüseynovla tanış olub. Turalla müxtəlif yerlərdə və oteldə görüşdüyünü bildirən Suada rəfiqəsi və Samirlə birlikdə maşınla Astara və Lerikə getdiklərini qeyd edib. Suada bildirib ki, anası da restoranda və figər yerlərdə tanış tanış olduğu şəxslərlə dəfələrlə görüşüb.

Bundan başqa o, qeyd edib ki, evdə narazılıq yarandığı üçün anası ilə birlikdə Bakı şəhərindəki evi tərk edərək Xırdalana köçüb. Orada anası ilə dalaşdığı üçün Nərimanov rayonundakı otelə gedərək gecələyib oteldə Turalla görüşərək cinsi əlaqəyə girib.

Məhkəmədə zərərçəkən kimi tanınan və hazırda 16 yaşı olan qız bütün şəxslərlə könüllü cinsi əlaqəyə girdiyini, təqsirləndirilən şəxs olan İlkini sevdiyini və ona qarşı hər hansı tələbinin olmadığını, onun həbs edilməməsini xahiş edib.

İfadə verən Suadanın anası M.İsmayılova qızının qeyd edilən şəxslərlə münasibətinin olduğunu bildiyini, lakin onlarla görüşüb cinsi əlaqəyə girməsindən xəbərsiz olduğunu deyib.

Məhkəmə təqsirləndirilən İlkin Qədirovun 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə qərar verib.

Milli.Az 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Dəhşət · 24 Noyabr 14:07151

    Ya rəbbim 15yaşlı qızının faişəliyinə göz yuman faişə anaya bax. Bu ölkədə niyə qanunlar belədir 14-15yaşlı uşaq anasının himayəsində olduğu üçün faişə anaya ən azından10il iş kəsilmliydi. Faişə analar övladlarınl satıb pul qazanmazdılar bu uşaq yalan deyir güya bununla münasibətdə olanlar bundan pyl istəyirlər. Burda ana o şərəfsiz kişiciklərdən pul istəyib faişə ana uşağın üstündən pul qazanıb

    Cavab yaz
  • Anonim
    .. · 24 Noyabr 15:5070

    tfu, size murdar mexluqlar

    Cavab yaz
  • Anonim
    r · 24 Noyabr 22:4710

    ohaa men dusunduyum skripkacidi,??

    Cavab yaz
    • Anonim
      Tez yaz tezzz!!!!!!!!!!!!! · 25 Noyabr 17:1500

      Kim? Kim? Kim?

      Cavab yaz
    • Anonim
      Ay daa · 25 Noyabr 17:3600

      Неужели?

      Cavab yaz
  • Anonim
    malades · 25 Noyabr 10:4400

    uşaqda fərasətə bax eyyy...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.