Ölkə

Polislərdən 80 manat tələb edilməsi videosu ilə bağlı DİN-dən açıqlama

10 Noyabr 2021 10:30
3 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə Sabirabad rayon polis şöbəsinin vəzifəli şəxsinin əməkdaşlardan 80 manat tələb etməsini əks etdirən videogörüntü yayılıb. İclas zamanı çəkilən videoda danışan şəxsin polis rəisi olduğu iddia olunub. Həmin şəxs hansısa tədbir üçün hər kəsin 80 manat verməli olduğunu, bir gün ərzində həmin məbləği haradan olursa-olsun tapıb gətirmələrini tələb edir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "Tik-tok"-da yayılan görüntülərdən məlumatlıdırlar: "Görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib.

Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.