Ölkə

Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib

27 Oktyabr 2021 12:27
1 Şərh     Baxış: 3 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

I və III ixtisas qruplarında bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məlumat verib.

O bildirib ki, III qrupa əlavə fənn artırılmayıb, sadəcə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə imtahan verən tələbələr coğrafiya fənnindən imtahan verəcəklər.

DİM sədri onu da bildirib ki, bir ildən sonra I qrupda informatika ixtisasını seçən tələbələrə kimya əvəzinə informatikadan imtahan verməyə icazə veriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.