Azərbaycan gələcəyin Ordusunu qurur - Vətən etibarlı əllərdə - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsi Azərbaycan xalqının gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirmək üçün əsl fürsət oldu. Lakin hər şey bununla bitmədi. Müharibə bitsə də ətrafımızda bir çox dövlətlərin Azərbaycana qarşı kin-küdurəti hələ də açıq-aşkar hiss edilməkdədir. 30 illik işğala son qoymaq Ordumuz qarşısında əsas vəzifə olsa da, bu suverenliyi, müstəqilliyi qoruyub saxlamaq ondan da çox məsuliyyət, güc, güclü Ordu tələb edir. Bunun üçün hər bir azərbaycanlı Vətəninə, torpağına bir də yağı düşmən ayağı dəyməmək, bir də 30 il əvvəlki ağrı-acını yaşamamaq məqsədi ilə bu birliyi nəyinki qoruyub saxlamaq, onu daha da irəli aparmaq barədə düşünməlidir.
Elə bu məqsədlə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun (Azerbaijan Youth Foundation) dəstəyi ilə Qax rayonunda keçirilən "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsigörənləri heyrətə salıb.
Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş, açıq hava şəraitində beş gün davam edən düşərgədə gənclər "Yarasalar", "Şahinlər", "Canavarlar", "Əqrəblər", "DənizPişikləri", "Vaşaqlar" adlı komandalar şəklində iştirak ediblər.
Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən topoqrafiya, dağçılıq, mühəndis-istehkam, kəşfiyyat, sıra hazırlığı, ilkin tibbi hazırlıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilib, gənclər üçün hərbi idman oyunları təşkil oluub.
100 gəncin iştirakı ilə baş tutan "Xüsusi Təyinatlı Gənclik" hərbi-vətənpərvərlik düşərgəsinin qalibi 5 gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən "Dəniz pişikləri" komandası olub.
Bu cür təşəbbüs heç şübhəsiz ki, daha güclü Azərbaycan naminə atılmış vacib addımlardan biridir. Ümid edirik ki, belə layihələr artıq ənənə halını alacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
XƏBƏR LENTİ
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı





