Ölkə

Bakıda qaz xəttləri su ilə dolub - VİDEO

13 Oktyabr 2021 17:24
0 Şərh     Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu və Suraxanı rayonlarında vətəndaşların ehtiyatsızlığı nəticəsində qaz xəttlərinin su ilə dolması qeydə alınıb.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, son günlər havanın soyuması ilə əlaqədar istilik cihazlarının quraşdırılması işləri artıb. Amma bəzi yerlərdə vətəndaş tərəfindən avadanlıqların quraşdırılması zamanı səhlənkarlığa yol verilir:

"Əsasən Sabunçu və Suraxanı rayonlarında çoxmənzilli binalarda su xəttinin qaz xəttinə qoşulması nəticəsində şəbəkəyə su dolur, bu da qaz təchizatında problemlərə gətirib çıxarır. Birliyin əməkdaşları dərhal məsələyə reaksiya göstərib. İstər gecə, istərsə də gündüz saatlarında əməkdaşlarımız qaz təchizatının bərpası üçün səylə çalışıblar.

Abonentlərdən xahiş olunur ki, diqqətli olsunlar. Ən xırda səhlənkarlıq yəni bu halda su xəttinin qaz xəttinə qoşulması avadanlıqların işlək dövrünü azaldır. Bundan başqa, belə hallar abonentlərin uzun müddət qazsız qalmağı ilə də nəticələnir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.