Bir qrup sərhədçi ehtiyata buraxıldı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən Müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə "Horadiz" sərhəd dəstəsində təntənəli tədbir keçirilib.
Milli.Az DSX-yə istinadən xəbər verir ki, tədbirdə çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hər bir sərhədçinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan tarixinin ən böyük sərkərdəsi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında möhtəşəm Zəfəri gerçək etmiş Azərbaycan Silahlı Qüvvələrinin qalib əsgəri olması ilə, müqəddəs torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşməsi ilə, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparması ilə qürur duymasını xüsusi vurğulayıb.
DSX-nin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən Müharibəsində böyük rəşadət və qəhrəmanlıqla vuruşmaları, Ali Baş Komandan, Vətən və Dövlət qarşısında vəzifələrini əzm və fədakarlıqla icra etmələri, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlara həkk olunduğu və hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.
Vətən Müharibəsi başa çatdıqdan sonra ölkəmizin İran İslam Respublikası və Ermənistan ilə işğaldan azad edilmiş dövlət sərhədi boyu bərpa edilən və yeni yaradılan sərhəd zastavalarında, sərhəd-döyüş məntəqələrində çox mürəkkəb relyef və iqlim şəraitində şərəflə xidmət etdiklərinə, dövlət maraqlarımızı ləyaqətlə müdafiə etdiklərinə görə ehtiyata buraxılan sərhədçi çavuş və əsgərlərə, bu cür övlad tərbiyə etdiklərinə görə onların valideynlərinə minnətdarlıq ifadə olunub.
Vətən Müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, müqəddəs sərhədlərimizi qorumaq şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları hər zaman layiqincə icra etmələri xüsusi qeyd olunub.
Təltif edilən hərbi qulluqçular adından çıxış edən əsgər Sadiqov Sadiq Eldəniz oğlu xidməti fəaliyyətlərinə ən ali səviyyədə verilən qiymətə görə minnətdarlıqlarını bildirib, ehtiyata buraxıldıqdan sonra da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müsəlləh əsgərləri olaraq qalacaqlarına və sərhədçi şərəfini qürurla daşıyacaqlarına söz verib.
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
XƏBƏR LENTİ
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)





