Ölkə

Açıq havada maska taxmaq zəruridir, karantin qaydaları kiminsə arzu, istəyi ilə tənzimlənmir - Adil Qeybulla

12 Aprel 2021 10:41
Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karantin qaydalarının sərtləşdirilib, yumşaldılması birbaşa epidemioloji vəziyyətə bağlıdır, bu heç kəsin arzu-istəyi ilə olmur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib.

Onun sözlərinə görə, yəqin ki, dalğanın eniş nöqtəsində müəyyən qadağalar aradan qalxar, müəyyən qədər yumşalmalar olar:

"Sosial şəbəkələrdə gedən söhbətlərlə mən də tanışam və hər kəsin fikrinə hörmətlə yanaşıram. Bütün dünyada məhdudlaşdırmalar artmaqdadır, bunun da bir məqsədi var, o da ünsiyyəti, xəstə insanın sağlam şəxslə təmasını azaltmaqdır".

A.Qeybulla qeyd edib ki, havaların mülayimləşməsi ilə insanların təması da çoxalıb, onlar həyətdə bir stol arxasında görüşürlər, çay içirlər, domino oynayırlar:

"Ona görə də, açıq havada maska taxmaq hələlik zəruridir. Ştammların sayı artır və buna uyğun olaraq ölüm sayı da getdikcə çoxalır. Bu səbəbdən maska zərurəti qalmaqdadır, insanlarımız da bunu anlayışla qarşılamalıdır".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.