Ölkə

COVID-19-a yoluxan şəxs neçə müddətdən sonra peyvənd olunmalıdır? - Həkimdən açıqlama

6 Aprel 2021 13:49
Baxış: 2 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibb işçilərinin COVID-19-a yoluxub xəstələndikdən 3 ay sonra, adi vətəndaşların isə 6 aydan sonra virusa qarşı peyvənd vurdurması məsləhətdir.

Milli.Az bildirir ki, bunu Trend-ə həkim Emil Qasımov deyib.

Onun sözlərinə görə, COVID-19-a qarşı vurulan peyvəndin qoruyuculuğunun nə qədər davam edəcəyi hələ bilinmir. Daha əvvəlki təcrübələrə - yuxarı tənəffüs yolları üçün istifadə olunan peyvəndləmələrə əsasən, COVID-19-a qarşı peyvəndin qoruyuculuğunun 6 ay - 1il davam edəcəyi ehtimal olunur:

"Vaxt irəlilədikcə peyvəndin vurulması təkrarlana bilər. İndiki vəziyyətimizə görə, bir ildən sonra peyvəndin vurulması təkrarlanmalıdır. Ancaq bunu zaman göstərəcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.