Ölkə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu genişlənib

16 Sentyabr 2020 18:37
Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti 340 №li Qərarın izahını verib.

Kabinetdən Milli.Az-a bildirilib ki, bu qərarla "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Cəmiyyətin strukturunun optimallaşdırılması məqsədi ilə yeni yaradılmış törəmə hüquqi şəxslər "ASCO Nəqliyyat" MMC və "ASCO Mühafizə" MMC "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin strukturuna əlavə edilib.

Həmçinin, Cəmiyyət üzrə faktiki fəaliyyət göstərən "ACSC logistics" MMC-nin adı dəyişdirilərək "ASCO Logistics" MMC adlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.