Ölkə

Tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

2 İyul 2020 17:12
Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı
"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" qərarın müddəti uzadılıb.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, Azərbaycana idxal edilən tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi ilə bağlı ilk qərar martın 5-də verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.