Ölkə

Məleykə Abbaszadə abituriyentlərin koronavirusla bağlı təqdim etdiyi bəyanatdan danışdı

20 İyun 2020 13:47
Baxış: 1 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə indiyədək keçirilən imtahanlarda özündə və ailəsində COVİD-19 virusunun olmadığına dair bəyannaməsində məlumatları düzgün göstərməyən abituriyentlərin olub-olmamasına münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Abbaszadə qeyd edib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılmır: "Biz indi bu məsələni araşdırmırıq. Bu o zaman üzə çıxar ki, yoluxma halı olsun. Məhz bu halda məsələni araşdıracağıq. Hələ ki, elə bir fakt olmayıb".

M.Abbaszadə əlavə edib ki, abituriyentlərin təqdim etdikləri məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən toplanılaraq, saxlanılır.

O, abituriyentlərə bəyannamənin "Buraxılış vərəqəsi"nin arxa tərəfində deyil, ayrı bir vərəqdə çap edilməsini də tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.