Ölkə

İsmayıllıda yol qəzası olub, 3 nəfər xəsarət alıb

20 İyun 2020 10:29
Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı yolunun Qarakolluq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü İbrahimov Yusif Nəsib oğlunun idarə etdiyi "Tofaş" markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı sakini, 1961-ci il təvəllüdlü İsmayılov Alxan Kərəm oğluna məxsus "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və "VAZ 2107"-nin sərnişini, 1962-ci il təvəllüdlü İsmayılova Abidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.