Ölkə

TƏBİB ofis daxilində koronavirusdan qorunma qaydalarını açıqlayıb

12 İyun 2020 11:54
Baxış: 2 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi (TƏBİB) ofis daxilində koronavirusdan qorunmaq üçün qaydaları açıqlayıb.

TƏBİB-dən Milli.Az-a bildirilib ki, ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlər ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün bu qaydalara əməl etməlidirlər:

-Əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir. 

- Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır. 

- Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir.

- Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır.

- Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.