Bəzi ölkələrdən qida məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan müvəqqəti məhdudiyyətlərlə bağlı məlumat yayıb.
AQTA-dan Milli.Az-a verilən məlumatda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb:
"OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatmış və ölkələrin sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxmaq zərurəti yaranıb.
Bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatları nəzərə alınaraq, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması ilə bağlı tətbiq olunan bəzi müvəqqəti məhdudiyyətlərin aradan qaldırılması qərara alınmışdır. Qərara əsasən yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırdabuynuzlu heyvanların çiçək və blutanq xəstəlikləri ilə əlaqədar Rusiya, Tatarıstan, Çuvaşiya, Bolqarıstan, İran, Almaniya, İsrail, Çeçenistan, Gürcüstan, Qazaxıstan və Almaniyanın bir sıra inzibati ərazilərindən diri quş və quş məhsullarının, iribuynuzlu heyvanlar və onların məhsullarının, heyvan və heyvan mənşəli məhsulların, xırdabuynuzlu heyvanlar və onların məhsullarının, diri heyvan və genetik materialların idxalına qoyulmuş müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda, yüksək və zəif patogen quş qripi xəstəliyi qeydə alınmış Polşa, Çexiya, Macarıstan, Slovakiya, Almaniya, Rumıniya, Ukrayna, Danimarka, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Hindistan və ABŞ-ın bir sıra ərazilərindən diri quş və quş məhsullarının idxalında OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipinin tətbiqinə uyğun olaraq icazə verilib.
Həmçinin, müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Ali Məhkəmə daşınmaz əmlakın geri qaytarılması şərtlərinə aydınlıq gətirdi
-
İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
250 tələbədən 46 min manat yığıldı - BDU-nun məzun gecəsi son anda ləğv edildi
XƏBƏR LENTİ
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
-
Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək
-
Ötən gün 62 cinayətin üstü açılıb
-
Diabet riski yüksək olan qan qrupu açıqlandı
-
Azərbaycan Venesuelaya başsağlığı verdi
-
Xameneinin yerinə qərarları kim verir?
-
Ermənistan hökumətinin tərkibində dəyişiklik olacaq?
-
Ali Məhkəmə daşınmaz əmlakın geri qaytarılması şərtlərinə aydınlıq gətirdi
-
İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
250 tələbədən 46 min manat yığıldı - BDU-nun məzun gecəsi son anda ləğv edildi
-
Kilosu 20 qəpiklik pomidor Bakıda niyə 2 manata satılır?
-
Neymar 980 gündən sonra Braziliya millisində meydana qayıtdı
-
"Santa Barbara"nın ulduzu çətin vəziyyətdə - Ağır xəstəliyə tutuldu
-
44 ailə doğma yurdlarına geri qaytarılıb - Yenilənib
-
II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı iyulun 5-də keçiriləcək
-
126 ilin ən güclü zəlzələsi: Venesuelada əsrlik rekord qırıldı - (Foto)
-
Qobustanda yol polisindən yayınan sürücü həbs edildi - (Video)
-
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
-
Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib
-
Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi
-
Rayonlarda milyonluq həyat: villaların qiyməti 1 milyon manatı keçir





