Ölkə

Əməkdar atistin qardaşı həyat yoldaşının sifarişi ilə qətlə yetirilib? - ŞOK GİZLİNLƏR - FOTO

23 Aprel 2020 18:34
4 Şərh     Baxış: 12 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova 1997-ci ildə evində qətlə yetirilən mərhum qardaşının müəmmalı ölümü ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

Milli.Az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında aktrisa bildirib.

O, qətllə bağlı yeni təfərrüatları da açıqlayıb:

"Qardaşım öldürülən gecə həyat yoldaşı yanında olmayıb. O, 40 günlük körpəsi ilə həmin gün rayonda olub. Heç ərinin yasına da gəlməyib. Həmin ərəfədə anamın rəfiqəsinin oğlu qətli boynuna götürdü və həbsdən çıxandan sonra qatilin başqa adam olduğunu bildirdi. Biz o vaxt çaş-baş qaldığımızdan gəlinimizin bu işdə əli olduğundan şübhələnmədik. İndi şübhələnirəm. Niyə o, qardaşım öldürülən gün uşağı da götürüb rayona gedib, niyə yasa gəlməyib? Bir çox gizlin qalan məqamlar var, gec də olsa bu cinayət işinə yenidən baxılmasını istəyirəm. Karantinə görə qalmışam, başa çatan kimi hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edəcəm. İstəyirəm ki, qardaşımın qanı yerdə qalmasın, onu qətlə yetirən adam hər kimdirsə, tapılsın, cəzasını çəksin".

Qeyd edək ki, bir neçə gün öncə aktrisa qardaşının illər öncə qətlə yetirildiyini açıqlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.