Ölkə

Azərbaycanda ərzaq qıtlığı təhlükəsi yoxdur

8 Aprel 2020 18:45
Baxış: 1 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda ərzaq təminatı ilə bağlı 3 aylıq ehtiyatımız var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın, həmçinin 6 ay müddətində ərzaq təminatı ilə sığortalanması var:

"Tədbirlər Planı sosial müdafiə və iqtisadiyyatı gücləndirmək üçün nəzərdə tutulub. Hətta pandemiya ilə əlaqədar sahibkarlara da kreditlər veriləcək. Bu da təminatımıza zəmanətdir. Kənd təsərrüfatında fermerlərə, aqronomlara sərbəst hərəkət azadlığı verilib. Onların fəaliyyəti ölkənin ərzaq təhlükəsizliyi ilə bağlıdır. Ərzaq bazarında da vəziyyət stabil qiymətləndirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.