Ölkə

İntihar edən sevgilisini xilas etmək istəyən oğlan özünü dənizə atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

25 Fevral 2020 12:57
31 Şərh     Baxış: 12 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12:57

Bakıda qız və oğlan dənizə düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Sabirabad sakini, 1994-cü il təvəllüdlü Günel Müğdət qızı Rzayeva intihar məqsədi ilə özünü dənizə atıb. Bu zaman qızın yanında olan sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Zöhrab oğlu Məmmədov onu xilas etmək üçün dənizə atlayıb. 

Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları oğlanı xilas edərək sudan çıxarıblar. Qızın axtarışları isə davam etdirilir.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

---------
11:33

Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

Milli.Az xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.