Ölkə

Bakı metrosunda qatarların gecikmə SƏBƏBİ açıqlandı

20 Fevral 2020 10:50
1 Şərh     Baxış: 2 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunda qatarların hərəkətində yenidən problem yaranıb.

Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, "Dərnəgül" - "Həzi Aslanov" xətti üzrə hətəkət edən qatarların intervalında gecikmə baş verib:

"Yubanmaya səbəb stansiyalarda sərnişin sıxlığı olub. Həftə ərzində metrodan istifadə edən sərnişinlərin sayı artıb. Bu səbəbdən metronun "Elmlər Akademiyası", "Koroğlu", "Nəriman Nərimanov" stansiyalarında bir neçə dəqiqəyə yaxın gecikmələr olub. Gecikmələr stansiyalardan asılı olaraq 5 və 8 dəqiqə olub. Buna səbəb isə qatarlarda hər hansı texniki problem deyil, sərnişin sıxlığı olub. Bildiyiniz kimi, tədris mövsümündə yaranmış fasilə ilə əlaqədar sərnişin sayı nisbətən azalmışdı. Həmin seyrəlmədən sonra yenidən sərnişin sıxlığı müşahidə edilir. Bu da qatarların qrafik üzrə hərəkətində bir qədər gecikmələrə səbəb olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.