Ölkə

Ərinin dostu ilə qaçan nənə ilə bağlı şok faktlar: Bir-birinə "bacı-qardaş" deyirdilər və hər dəfə evimizə gələndə... - YENİLƏNİB

20 Fevral 2020 13:31
28 Şərh     Baxış: 13 944
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

13:31

İsmayıllıda 2 uşaq anasının ərinin yaxın dostu ilə qaçdığı barədə xəbər vermişdik.

Milli.Az xəbər verir ki, publika.az ailəyə yaxın olan, adının açıqlanmasını istəməyən mənbədən hadisə ilə bağlı ətraflı məlumat əldə edib.

Mənbənin verdiyi məlumata görə, 4 il əvvələ kimi M.H.-nın əri və onun ailə üzvləri ilə münasibətləri normal olub.
4 il öncə onun həyat yoldaşı, baldızları və ailənin digər üzvləri ilə münaqişələri başlayıb.
Mənbə bildirib ki, M.H. ailəsi ilə birgə İsmayıllı şəhərində yaşayıb. Fevralın 12-də ailəvi dost olduqları Talıstan kənd sakini Raqub adlı şəxslə qaçıb.
"Qadın keçən ilin avqustunda ərindən boşanmaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Səbəb kimi də həyat yoldaşı tərəfindən döyülməsini göstərib.
 
Ancaq əri qadının dediklərini təkzib edib. Məhkəmə barışıq üçün onlara 3 ay vaxt verib. Xanım məhkəmənin verdiyi vaxtı gözləməyib, ayrılmaq istəyib. Qadının əri boşanma zamanı əmlakın yarı bölünəcəyinə razılıq da verib. Qadın isə əmlak istəmədiyini deyərək, ərizə yazıb boşanmaq istədiyini bildirib".

Mənbənin sözlərinə görə, qadının ailəsi ilə Raqubun ailəsi dost olub: "Hətta həmin şəxs bir neçə dəfə qaçan xanımın qayınanasıgilin evinə də gəlib. Onlar bir-birinə "bacı-qardaş" deyirmiş. M.H.-nın qızı deyib ki, Raqub bizə gəlib-gedəndən sonra həmişə evimizdə dava düşürdü.

Raqubun da 2 qızı, 1 oğlu var. Həyat yoldaşının da 50 yaşı var. Qaçan xanımın bacısı və qızı Talıstan kəndinə gediblər və M.H.-nın kənddə Raqubun evində olduğunu görüblər".

Ailəyə yaxın mənbə bildirib ki, qaçan qadının əri və ailəsi geri qayıdarsa, heç bir halda qadını qəbul etməyəcəklər: "M.H.-nın əri ailə qurmaq istəyir və evlənməyə qadın axtarır".

---------
09:17

İsmayıllıda iki uşaq anası həyat yoldaşının dostu ilə qaçıb.

Milli.Az xəbər verir ki, bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar.

Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb və ata evinə qayıdıb.

Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır. Buna baxmayaraq, M.H. ərini tərk edərək, başqası ilə yaşamaq qərarına gəlib.

Qadının ailəsi ilə qoşulub qaçdığı kişinin ailəsinin uzunmüddətli dostluq münasibətləri olub.

Onların Türkiyəyə qaçdığı bildirilir.

M.H.-nın ailəsi uzun müddət Rusiyada yaşayıb, onlar bir müddətdir ki, İsmayıllıya qayıdıblar. İki övladları var. Qızları qoşulub qaçıb. Oğlanları isə rayondan olan qızla nişanlanıb, sonra onu tərk edərək, Rusiyaya gedib. Orada ailə qurub və övlad sahibidir./Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.