Ölkə

Güclü külək olacaq - HAVA PROQNOZU

22 Yanvar 2020 13:10
8 Şərh     Baxış: 6 777

Sabaha gözlənilən hava şəraiti açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-12, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 23-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Deyanet Viravul Lenkeran · 22 Yanvar 13:4160

    Ayın 24-dən 25-nə keçən gecə Bakıda və Rayonlarda zəif qar yağma ehtimalı var.

    Cavab yaz
    • Anonim
      .... · 23 Yanvar 15:3600

      MİNGƏÇEVİRƏ QAR YAĞACAQ.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 22 Yanvar 16:0261

    Ditdiiiiiiiii))) Salam olsunnn canlaraaa dostlaraaaa

    Cavab yaz
  • Anonim
    &&& · 22 Yanvar 16:3710

    Hamiya Salam

    Cavab yaz
  • Anonim
    &&& · 22 Yanvar 16:3712

    Əsrama Salam

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 22 Yanvar 16:4142

      Salam haradasan necesen bəbişlərimmm necediii ? Özün necesennn ehvalinnn necedi ?

      Cavab yaz
  • Anonim
    &&& · 22 Yanvar 17:3301

    Salam canım bacım şukur yaxsidilar çox sagol ozumde yaxsiyam,düşmen cavab ateşi ile susdurulub itgi yoxdu:):):)

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 22 Yanvar 17:3821

      Əlaaaa, her zamann bele olsun onlari Allah susdursun senle isleri olmasinlarrr

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.