Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
BANM-dan Milli.Az-a verilən məlumata görə, əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin dekabrın 13-də "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" imzaladığı Sərəncama uyğun olaraq bütün dövlət qurumlarında, təhsil ocaqlarında, eləcə də BANM-də müvafiq tədbirlər keçirilib.
Rektor faciə haqqında danışaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqın yaddaşına həkk olunduğunu bildirib. O, 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
"1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövründə onun səyləri nəticəsində 1994-cü il martın 29-da Milli Məclis tərəfindən qəbul edilən qərarda, nəhayət ki, qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Faciədən 30 ilə yaxın bir dövr keçir. Ötən müddət ərzində faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi və inkişafı tam bərqərar olub".
Rektor Ali Məktəbin tələbələrinə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyindən də danışıb, onlara təhsil aldıqları ingilis dili biliklərindən istifadə edərək bu işdə fəal olmağı tövsiyə edib.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.
Xatırladaq ki, 20 Yanvar faciəsi zamanı bir neçə gün ərzində 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb, 800-dən çox adam qanunsuz həbs edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
XƏBƏR LENTİ
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)





