"Sumqayıt-Bakı arasında sıxlıq ona görədir ki, Sumqayıt-Bakı xətti təkcə sərnişindaşımaya xidmət etmir, həm də yükdaşıma üçün istifadə olunur".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
C.Qurbanov bildirib ki, bu sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
O qeyd edib ki, Bakıda Güzdək-Sahil dəmir yolunun təmir etdirilməsi nəticəsində Bakı xətti yalnız sərnişindaşıma üçün istifadə olunacaq.
C.Qurbaov əlavə edib ki, yeni qatarlar gələcək və yaxın zamanlarda sıxlıq aradan qaldırılacaq.
Milli.Az