Bu halda Sumqayıt-Bakı arasında sıxlıq aradan qaldırılacaq - Cavid Qurbanov

17 Dekabr 2019 13:44

"Sumqayıt-Bakı arasında sıxlıq ona görədir ki, Sumqayıt-Bakı xətti təkcə sərnişindaşımaya xidmət etmir, həm də yükdaşıma üçün istifadə olunur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, bu sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

O qeyd edib ki, Bakıda Güzdək-Sahil dəmir yolunun təmir etdirilməsi nəticəsində Bakı xətti yalnız sərnişindaşıma üçün istifadə olunacaq.

C.Qurbaov əlavə edib ki, yeni qatarlar gələcək və yaxın zamanlarda sıxlıq aradan qaldırılacaq.

Milli.Az