Ölkə

İstirahət gününün HAVAsı

14 Dekabr 2019 13:19
4 Şərh     Baxış: 3 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti,
dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

Dekabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.