“Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr Meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası keçirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanvarın 13-dək davam edəcək tədbirin yüksək səviyyədə keçirilməsində "Nargis" Fonduna baş sponsorlar olan "Boutique One", "Azercell", "Coca-Cola", "Berg", "Xırta-Xırt", "FMG-group", "Shokki Mokki", "Azərçay","Zeytun Bağları", "Final yağları", İndoneziyanın Azərbaycandakı səfirliyi, "Muğan Bank", eləcə də rəsmi tərəfdaşları "CinemaPlus", "Azərİşiq", "Bakı Abadlıq Xidməti", "Dayaq Group Security" dəstək göstərəcəklər.
Artıq 7 ildir ki, "Soyuq əllər, isti ürək" yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havasını və sehirli əhval-ruhiyyəsini bəxş edir. Burada siz doğmalarınız üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar əldə edə bilərsiniz, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamlarımızı və şirniyyatlarımızı dada bilərsiniz.
Ənənəyə sadiq qalaraq yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. Yarmarkanın sponsorları ilə birgə "Nargis" fondu əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlarımız - uşaq evlərin sakinləri ziyarət edəcəklər.
Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis edilmiş, 2013-cü ildə isə aktiv fəaliyyətə başlamışdır. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təməli qoyulmuşdur. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilmişdir. 2019-cu ildən etibarən Novruz bayramına həsr olunan yaz yarmarkası "Torpaq əlimdə, bahar ürəyimdə" Fondun tərəfindən təşkil edilir.
"Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkamız hər gün dekabrın 1-dən etibarən yanvarın 13-dək səhər saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər birinizi yarmarkamızda gözləyirik!
Fondun fəaliyyətı barədə ətraflı məlumatı və "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də rəsmi sosial şəbəkə resurslarından əldə edə bilərsiniz.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiya və Qazaxıstan yanacaq tədarükü barədə razılığa gəldi
-
"Maaşımı verməsəniz, gedirəm!"
-
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
-
Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
-
ABŞ-ın gizli İran planı ifşa olundu
-
Dənizdə batan şəxs müstəntiq işləyirmiş
-
Temperatur 40 dərəcə qalxacaq - Proqnoz
-
Ermənistan güləşçiləri Bakıya gəldi
-
Husilərlə Cüneyd qəbiləsi arasında döyüşlər başladı
-
“Şamaxı” Qətər klubuna qarşı yoxlama oyununa çıxacaq
-
"Bayer" yeni transferini etdi
-
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
-
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
-
Ölkədə hava necə olub? - Rəsmi
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Bakıda evdə meyit aşkarlandı
-
Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
-
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
-
Şəkidə ağır qəza: Ölən və yaralanan var
-
Xəzər dənizində zəlzələ oldu
-
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun





