Ölkə

Ağsu aşırımında yük maşını aşdı: ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

19 Noyabr 2019 15:38
1 Şərh     Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:38

Ağsu rayonunda yük avtomobilinin aşması nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində yük avtomobilinin aşması nəticəsində Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt sakini, 1993-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu xəsarətlə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Tahir Rüstəmov xəstəxanada dünyasını dəyişib.

----------
14:02

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.