Ölkə

2020-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

13 Noyabr 2019 13:55
Baxış: 1 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müzakirələrdən sonra dövlət büdcəsi birinci oxunuşda qəbul edilib.

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.

Qeyd edək ki, parlamentin üç gün davam edən iclasının gündəliyinə 2020-ci il üçün yaşayış minimumu haqqında", "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələlər daxildir. Ümumilikdə iclasda 11 məsələ müzakirəyə çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.