AMEA-nın magistraturasında tədrisin təşkili ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında tədrisin təşkili ilə bağlı aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bəzi institutlarda - Tarix, Fəlsəfə, Coğrafiya, Neft və Qaz, Radiasiya, Torpaqşünaslıq və Aqrokimya, Iqtisadiyyat institutlarında magistrlərə dərs demək üçün auditoriyalar yoxdur: "Halbuki, mühazirənin deyilməsi üçün ayrıca otağın olması lazımdır. Bəzi hallarda isə kiçik bir iş otağında müəllim magistrə dərs keçmək istəyir. Davamiyyətlə bağlı da problem var. Bəzən magistr otaqda oturur, müəllim yoxdur, dərsə gecikir, ona dərs deyən müəllim elmi məzuniyyətdədir. Çox təəssüf ki, dərs prosesinin ciddiliyi bəzi institutlarda yaxşı dərk olunmur. Xüsusilə, Boloniya sisteminin tətbiqi şəraitində hər bir dərs magistr üçün kreditlərin hesablanmasında vacib rol oynayır. Bu, sonradan hətta magistrin diplomsuz qala bilməsinə gətirib çıxara və böyük ciddi mübahisəyə səbəb ola bilər".
Ə.Sadıqov bəzi elmi müəssisələrin magistr təhsilinə çox ciddi yanaşdığını da nəzərə çatdırıb. O, magistr təhsili ilə bağlı dərslik probleminin mövcud olduğunu, bütün ixtisaslar üzrə proqramların müasirləşməsinin vacibliyini söyləyib. Onu da əlavə edib ki, bu il AMEA-nın magistraturasına 75 ixtisaslaşma üzrə 120 nəfər qəbul olunub. Bu göstəricələr ötən illə müqayisədə iki dəfə artıb:
"Tədris prosesinə cəlb olunan müəllimlər AMEA-nın tanınmış alimləri sırasından seçilir. Burada 5 akademik, 19 müxbir üzvü, 41 professor olmaqla 66 elmlər doktoru və 101-i dosent olmaqla 127 nəfər fəlsəfə doktoru dərs deyir. 2019-cu ildən AMEA-da ödənişli magistr təhsilinə başlanılıb. Magistr hazırlığı 26 elmi tədqiqat institutu ilə aparılır. Aparılan sorğunun nəticələrinə görə, AMEA-da magistraturada təhsil alan magistrlər buradakı tədris prosesindən çox razıdırlar".
AMEA-nın prezidenti Akif Əlizadə isə sadalanan nöqsanlarla bağlı deyib ki, magistratura pilləsinin akademiyada açılması üçün çətinliklər çəkilib: "Hər dəfə də çıxışımızda deyirik ki, AMEA-da bu təhsil səviyyəsi fərqli formada təşkil edilir. Ancaq dedikləriniz göstərir ki, kifayət qədər çətinliklər var. Bütün bu sadalanan nöqsanlar bizə yaxşı ad gətirməz, yaxşı nəticələrin olmasına imkan verməz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
XƏBƏR LENTİ
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi





