Ölkə

DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılacaq

20 Sentyabr 2019 15:08
0 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.