Ölkə

Bakıda 15 yaşlı qızdan inanılmaz hərəkət - AİLƏSİ ŞOKDA - FOTO

21 Avqust 2019 15:21
28 Şərh     Baxış: 67 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 15 yaşlı qız itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib.

İtkin düşən qızın atası Trend-ə açıqlamasında bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb:

"Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O saatlarla hansısa bir şəxslə telefonla danışırdı. Ötən gecə isə xəlvəti şəkildə çıxaraq gedib. O evin yaxınlığında avtomobilə əyləşərkən qohumlarımdan birinə rast gəlib. Qohumum ona yaxınlaşsa da, Elnarə öz kimliyini gözlədib".

V.Əliyev qeyd edib ki, o baş vermiş hadisə ilə bağlı polisə müraciət edərək qızının telefonla kiminlə danışmasını da araşdırıb.

"Qızım itəndən sonra Sabunçi rayon 12-ci polis bölməsinə müraciət etdik. Elnarə mənim nömrəmdən əlavə, naməlum 3 nömrə ilə dəfələrlə əlaqə saxlayıb".

Elnarənin atası əlavə edib ki, onun ailəsi çox yüksək əxlaq və tərbiyəyə malikdir, belə bir hal ilk dəfədir ki baş verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.