Ölkə

Astarada qadın polisi aldatdı

22 İyul 2019 10:15
0 Şərh     Baxış: 1 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astara şəhərində qadın telefonunun əlindən alınması barədə polisə yalan məlumat verib.

Milli.Az xəbər verir ki, şəhər sakini K.Q Rayon Polis Şöbəsinə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən "Samsung" markalı mobil telefonunu alaraq qaçdığını bildirib. Müəyyən edilib ki, K.Q-nın mobil telefonunu qeyri-rəsmi ər-arvad kimi yaşadığı İqrar Əliyev qısqandığı üçün künüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb.

Bununla da K.Q şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib. İstintaq zamanı "Samsung" markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.