Ölkə

Bakıda 19 yaşlı qızdan ŞOK PLAN: Evdən iki cümləlik məktubu tapıldı - VİDEO

13 İyun 2019 19:56
2 Şərh     Baxış: 19 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizimləsən"ə müraciət edən qadın 19 yaşlı qızının ötən ayın axırında evdən qaçdığını bildirib.

Milli.Az xəbər verir ki, Ramazan ayına təsadüf etdiyi üçün həmin vaxt qızının oruc tutduğunu bildirən qadın, axşam işdən 11-in yarısı evə gələndə onun yazdığı məktubla qarşılaşdığını bildirib:

"Stolun üstündəki kağızı açıb oxuyanda şoka düşdüm. Kağızda iki cümlə yazıb: "Özünüzə yaxşı baxın. Sizi çox istəyirəm".

Paltarlarını çemodana yığıb gedib. Şəxsiyyət vəsiqəsini də özü ilə aparıb. Evdən 1500 manata qədər pul da götürülüb". 

Ananın daha ətraflı açıqlaması videoda:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.